Dizyunksiya

Dizyunksiya (lat. disjunctio — rabitəsizlik) — "və ya" məntiq bağlayıcısının köməyi ilə iki fikrin birləşməsindən mürəkkəb bir fikir əmələ gətirən məntiqi əməliyyatdır.

Rəmzi yazılışı belədir: A V B (belə oxunur; A və ya B). Klassik riyazi məntiqdə dizyunksiyanın iki növünü - qeyri-ciddi (birləşdirici) və ciddini (ayırıcı) fərqləndirirlər. Qeyri-ciddi dizyunksiya mürəkkəb fikri yaradır. Bu da o zaman həqiqi ola bilər ki, ona daxil olan fikirlərin heç olmasa biri həqiqi olsun və o zaman yalan ola bilər ki, ona daxil olan bütün fikirlər yalan olsun. Ciddi dizyunksiya üzvlərindən yalnız biri həqiqi olduqda həqiqi olan mürəkkəb fikir əmələ gətirir.[1]

  1. Fəlsəfə, Bakı, ""Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi", 1997 səh. 107

Powered by Karmy dla zwierząt | Słownik synonimów